Milli fəal prokurorluğa çağırılıb

by Samir Asadli

Təbrizdə yaşayan milli-mədəni fəal Əmir Bədri prokurorluğa çağırılıb.

Bu barədə yerli sosial media kanalları məlumat yayıb.

İyulun 8-də İran Ədliyyə Sisteminin elektron poçtu vasitəsilə göndərilən çağırış vərəqəsində Əmir Bədridən 5 gün ərzində Təbrizin Ümumi və İnqilab Prokurorluğunun 15-ci bölməsində olması istənilib,- məlumatda deyilir.

Çağırış vərəqəsində mədəni fəalın “hökumətə qarşı təbliğat”da günahlandırıldığı qeyd olunub.

Əmir Bədri Təbriz Universitetinin metallurgiya ixtisasında təhsil alıb və təhsil zamanı tələbə hərəkatının fəallarından olub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK