Güneyli milli hərəkat fəalı Məhəmməd İlati Şərqi Azərbaycan ıyalətinin Əcəbşer şəhərinin prokurorluğuna çağrılıb.
Məlumatda bildirilir ki, İran Məhkəməsinin elektron sistemi vasitəsilə göndərilən çağırışda fəaldan Əcəbşer şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 1-ci bölməsinə getməsi istənilib.
Fəala barədə “hökumətə qarşı təbliğat” ittihamının irəli sürüldüyü bildirilir.
Bundan öncə aprelin 5-də Məhəmməd İlati Əcəbşer şəhərinin təhlükəsizlik idarəsinə çağrılıb və sabahı gün təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq idarəyə aparılıb.
Orada fəaldan türkcə kitablar, təqvimlər paylanılması və başqa mədəni və milli fəaliyyətlərlə bağlı sorğu-sual edilib.