Azərbaycan Milli Hərəkatının fəalllarına qarşı təzyiqlər artıb. Milli fəal Ramin Əliniya Təzəkənd Tehran Əyalətinin İnqilab Məhkəməsinin nəzdində yerləşən Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə çağırılıb.
Əslən Ərdəbildən olan milli fəalın bundan əvvəl barəsində irəli sürülən “Toplaşmaq və milli təhlükəsizliyə qarşı hərəkət etmək məqsədilə əlbir olmaq” və “hökumətə qarşı təbliğat” ittihamlarına yenidən baxılacaq.
Qeyd edək ki, Ramin Əliniya 2022-cü il noyabrın 8-də İranda baş qaldıran etiraz aksiyaları ilə eyni vaxtda həbs olunub.
O, üç həftədən çox həbsdə qaldıqdan sonra 2022-ci ilin 30 noyabrında Evin həbsxanasından girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.