Milli fəal Salar Tahir Əfşar həbs edildi

by Samir Asadli

Qərbi Azərbaycan əyalətinin Mərkəzi Urmu şəhərində yaşayan milli fəal Salar Tahir Əfşar həbs edilib.

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Təhlükəsizlik məmurları bu gün səhər saatlarında milli fəalın yaşadığı ata evinə hücum ediblər.

Onlar heç bir məhkəmə hökmü olmadan qapını qıraraq evə girib, Salar Tahir Əfşarı döyərək qandalalyıb və evdə axtarış aparıblar.

Onun ittihamı və hara aparıldığı barədə ailəsinə məlumat verilməyib.

O, həmçinin 2020-ci il sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Güney Azərbaycan və İranda azərbaycanlıların yaşadığı digər bölgələrdə Azərbaycan Respublikasına dəstək aksiyalarına qoşulduğuna görə saxlanılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK