Milli fəal Təbriz həbsxanasına köçürülüb

by Samir Asadli

Milli fəal Əhəd Seyfxah Təbriz həbsxanasına köçürülüb.

Bu barədə o qısa telefon danışığında ailəsinə məlumat verib.

Seyfxah bundan əvvəl Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin təcridxanasında saxlanılırdı.

Təhlükəsizlik məmurları Əhəd Seyfxahı martın 6-da həbs edib, onun yaşadığı evdə axtarış aparıblar.

Milli fəalın həbs səbəbi və nədə ittiham olunduğu barədə məlumat verilmir.

Qeyd edək ki, Əhəd Seyfxahın qardaşı Ayaz Seyfxah isə fevralın 6-da həbs edilib və sonradan Tehranın Evin həbsxanasına köçürülüb.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK