İranın təhlükəsizlik məmurları Kərəc şəhərində yaşayan milli fəal Ümid Məhəmmədzadəni həbs ediblər.
Yaxınlarının dediyinə görə, azərbaycanlı gəncin ailəsinə məsələnin ictimailəşdirilməməsi ilə bağlı xəbərdarlıq edildiyi üçün onun həbs xəbəri gec yayılıb.
Ümid Məhəmmədzanənin ittihamı və harada saxlanıldığı barədə ailəsinə məlumat verilmir.