Güney Azərbaycan milli hərəkatının məşhur aktivisti Yürüş Mehrəlibəyli açılmış işin tədqiqatı bitirilənədək fevralın 18-i müvəqqəti azad olunub.
Xatırladaq ki, Yürüş Mehrəlibəyli 100 gündən artıq, o cümlədən Təbriz şəhəri Təhlükəsizlik İdarəsində həbsdə saxalanılıb.
Aktivist ötən ilin noyabr ayının 7-də həbs olunaraq müvəqqəti azad olunmasına qədər hüquq normalarına əsasən vəkillə təmin olunmasına, həmçinin ailəsi ilə görüşünə icazə verilməyib.
Aktivist azad olunarkən güeny azərbaycanlı aktivistlər tərəfindən qarşılanmaqla Azərbayacan milli himni oxunulub.