Milli fəalın Ali Məhkəmədə vəsatəti təmin olunmadı

by Samir Asadli

Azərbaycan Milli Hərəkatının fəalı Əkbər Nəiminin məhkəmə prosesinin bərpası tələbi Qasim Mezinani və onun müavini Seyid Məcid Hüseyni Nikin rəhbərlik etdiyi Ali Məhkəmənin 9-cu şöbəsi tərəfindən rədd edilib.

Bu, İran Ali Məhkəməsinin bundan əvvəl bu vəsatəti qəbul edərək işi yenidən baxılması üçün həmin şöbəyə göndərdiyi bir halda baş verib.

Qeyd edək ki, fevralın 12-də Evin həbsxanasından sərbəst buraxılan Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilib və “qanunsuz qrupa üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq”da ittiham olunub.

Nəimi, “Evrin” və “Yarpaq” kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan “Günəbaxan” dərnəyinin qurucularından biri olub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK