Milli fəalın həbs müddəti yenidən uzadıldı

by Samir Asadli

Təbrizdən olan mədəni fəal və Azərbaycan rəqsi müəllimi, 50 gündür həbsdə olan Peyman İbrahiminin həbs müddəti uzadılıb.

Onun yaxınlarının verdiyi məlumata görə, bu barədə oktyabrın 12-də Təbrizin İnqilab Prokurorluğunda fəalın ailəsinə bildiriblər.

Bundan öncə onun girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılacağı barədə prokurorluğun veridiyi vədi yerinə yetirməyib.

Qeyd edək ki, təhlükəsizlik məmurları Peyman İbrahimi Dinvəri avqustun 26-da Təbrizdə həbs ediblər.

Saxlanılan zaman onun ağır şəkildə döyüldüyü və bədən xəsarətləri aldığı bildirilib.

Dövlət qurumları fəalın ittihamı barədə açıqlama verimirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK