Güney azərbaycanlı fəallar İbrahim Asimani və Yunis Quluzadənin məhkəmə tarixi açıqlanıb.
Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən çağırışda fəallardan sentyabrın 27-də Təbrizin İnqilab Məhkəməsinin 15-ci bölməsində olmaları istənilib.
Onlara qarşı “vəzifə səlahiyyətlərini yerinə yetirərən polis əməkdaşlarına tabe olmamaq, qanunsuz toplantılarda iştirak etməklə ictimai asayişi və əmin-amanlığı pozmaq” ittihamları irəli sürülüb.
Qeyd edək ki, hər iki fəal bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə həbs ediliblər.