Urmu şəhərində yaşayan milli fəallar Əta Kərimi və Əli Əzizi İnqilab Məhkəməsinə çağırılıblar.
Urmulu fəallar “İslam Respublikasına qarşı təbliğat”da günahlandırılıblar.
Qeyd edək ki, Əta Kərimi və Əli Əzizi 2015-ci il 5 iyun Ümumdünya Ətraf Mühit günündə Urmu gölünün qurudulması ilə bağlı keçirilən etiraz aksiyasında saxlanılıblar.
SEPAH-ın təhlükəsizlik məmurlarının saxladığı fəallara qarşı cinayət işi açılıb və onlar bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.
Hər iki fəal dinc mədəni fəaliyyətlərinə görə təqib və təzyiqlərə məruz qalıblar.