Milli fəallar təhlükəsizlik idarəsinə çağırıldılar

by Samir Asadli

Təbrizdə yaşayan milli-mədəni fəallar Əmir Səttari, Şahin Bərzgər və Vəhid Əbhəri Təhlükəsizlik və Kşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölməsinə çağırılıblar.

Bu barədə məlumat verən insan haqları fəalları onların telefon vasitəsilə təhlükəsizlik darələrinə getmələrinin istənildiyini bildiriblər.

Bildirilib ki, milli-mədəni fəallar rəsmi çağırış vərəqəsi tələb eedib, əks halda bunun qanunsuz olduğunu bildiriblər.

Qeyd edək ki, adı çəkilən fəallar bundan əvvəl dinc fəaliyyətlərinə görə bir neçə dəfə həbs ediliblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK