Molla Əzimi Qaidim, İran’ın terörçu yapılanmasına benzer bir şekilde zoraklığa meyilli kişiləri öz ətrafına toplayaraq, Azərbaycan milli hərəkatının tanınmış simalarının təhqir edilməsi və hətta öldürülməsi təhdidlərini normallaşdırmağa çalışır.
Molla Əzimi, öz ətrafına topladığı İrəc Şirzad və Həbib Nigəhban kimi təhlükəli şəxsləri dəstəkləyərək, onların Abbas Bəy Lesani kimi tanınmış milli fəallara qarşı tətbiq etdiyi terror təhdidini şəxsi məsələ kimi təqdim edir və baş verənlərdən xəbərsiz olduğunu iddia edir. Ancaq faktlar və reallıqlar bunun tam əksini göstərir və daha mürəkkəb və təhlükəli fəaliyyətlərin aparılmasından xəbər verir.
İllərdir ki, terrorçu fars molla rejimi və onun əlaltıları Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təhlükəli planlar həyata keçirməyə çalışırlar və müxtəlif yollarla Azərbaycanın gerçək milli güclərini zəiflətməyə cəhd ediblər.
Rejim Azərbaycanın problemlərini həll etmək yerinə, molla Əzimi kimi şəxslərin vasitəsi ilə milli quvvələrin fəaliyyət və uğurlarına kölgə salmağa çalışır burda onların əsl məqsədləri milli hərəkatın gücünü zəiflətmək və milli hərəkatı öz nəzarət və kontoroluna altına saxlamaqdır buna görə də, ilk olara Abbas Ləsəni kimi tanınmış milli şəxsiyyətləri aradan qaldırmağa çalışır.
Fars molla rejiminin bu təhlükəli terror fəaliyyəti, həm də Güney Azərbaycanda milli dövlətçilik uğrunda aparılan mübarizəsinin vahid milli gücə çevirilməsinin qarşısını almaq və onun sarsmaq məqsədi ilə edilir.
Bu səbəbdən də terorçu fars molla rejiminin ssenarisi baş tutmasın deyə, bütün milli quvvələr bu təhdidləri ciddi qəbul etməlidirlər və Azərbaycan Milli Azadlıq Hərəkatının əsas prinsiplərinə qarşı çıxan davranışlara qarşı möhkəm durmalı və milli şəxsiyyətlərimizi qorumalıdırlar. Bunun üçün ilk öncə milli hərəkata yönəlik terror çağrışları və onun digər təhlükəli yönləri dərindən təhlil edilməli, bu prosesdə iştirak edənlır və onların dəstəkçiləri ifşa olunmalı, qarşısı almalıdırlar.
2023-08-26
Sadiq İsabəyli – Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) İdarə Heyətinin üzvü