Təbrizin Cəza Məhkəməsinin 120-ci bölməsi Güney Azərbaycan Milli Hərəkatının 4 fəallının işini Təbrizin İnqilab Məhkəməsinə göndərib.
Davud Şiri, Cavad Əhmədzadə, Hüseyn Amani Nadarlı və Əlirza Səbi “hakimiyyətə qarşı təbliğat”, “müxalif və separatçı qruplara üzv olmaq”, “ölkənin daxili təhlükəsizliyini pozmaq üçün əlbir olmaq və toplaşmaq”da günahlandırılıblar.
Cəza Məhkəməsi qeyd olunan ittihamlara görə işə baxmaq səlahiyyətininolmadığını və bu səbəbdən işi İnqilab Məhkəməsinə göndərdiyini bildirib.
Qeyd edək ki, adı çəkilən 4 fəal 18 may 2023-cü ildə həbs edilib və 1 ay sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.