Milli Məclis Fransa Senatına qarşı etiraz bəyanatı qəbul edib

by Samir Asadli

Fransa Senatının martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfrans keçirməsinə Milli Məclisin bu gün keçirilən iclasında kəskin etirazlar bildirilib və yekunda bəyanat qəbul edilib.

Deputat, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədovun sədrliyi ilə yaradılmış komissiyanın üzvü deputat Sevil Mikayılova bəyanatın mətnini səsləndirib. Bayanatda Fransa Senatının ermənipərəst, Azərbaycana qarşı qərəzli fəaliyyətinə sərt etiraz bildirilib, Fransadan qərəzli siyasətə son qoymaq tələb edilir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK