Keçmiş siyasi məhbus Siyamək Mirzayi digər aktivistlərlə birgə Abbas Lisaninin mənzilində bir neçə gün əvvəl Bayram görüşü zamanı Güney Azərbaycanın maraqlarına xidmət edənlərin dəstəklənəcəyini deyib.
Mirzayi hakimiyyət və panfarsist dairələrin təbliğ etdikləri “İrançılıq” ideyasının arxasına fars rasizimi, işğalçılığı və digər xalqlara mədəni-siyasi basqı durduğunu vurğulayıb.
“İrançılıq ideyasının nəticəsində Azərbaycan ərazilərinin parçalanması və kiçildilməsini müaşhidə edirik.
Digər tərəfdən ölkədə kəskin təbliğ olunan və yürüdülən farsa meyillik siyasəti Azərbaycan türklərini ümumi anlamda öz kimliklərindən uzaqlaşdırıb” Siyamək Mirzayi
O, həmçin vurğulayıb ki, Azərbaycan torpaqlarına göz tikən və Azərbaycan türklərinin milli hüquqlarını hətta azca tanımayan kürd xalqına mənsub qruplarla əlaqədə olub danışıqlar aparılmasının xalqa heç bir töhfəsi olmayacaq.
Xatırladaq ki, Güney Azərbaycanın hüquqları uğrunda mübarizə aparan Siyamək Mirazayi dəfələrə İranın irqçi hakimiyyəti tərəfindən həbslərə məruz qalıb.