Təbriz və Urmu şəhərlərində yaşayan milli-mədəni fəalar telefon vasitəsilə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölməsinə çağırılıblar.
Qeyd edək ki, son günlər güney azərbaycanlı mədəni fəallara qarşı təzyiqlər artıb.
Onlarla fəala zəng edilərək ETTELAAT-ın yerli bölmələrinə gəlmələri tələb olunub.
Son həftə ərzində tanınmış xanım yazıçı və şairlər – Ruqəyyə Kəbiri və Nigar Xiyavi, sənətçi və bədii qiraətçi Rza Əsbəqi, mədəni fəal Vəhid Əbhəri təhlükəsizlik idarəsinə çağırılıblar.
Bunun, Urmu gölü ilə bağlı keçirilən aksiya və 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarının ildönümünün yaxınlaşması ilə əlaqəli olduğu ehtimal edilir.