“Mirzə Rəhim Fəna. Əsərləri”

by Samir Asadli

AMEA-nın Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə “Mirzə Rəhim Fəna. Əsərləri” kitabı işıq üzü görüb.

Dəyərli nəşri filologiya elmləri doktoru, professor Raqub Kərimov və fəlsəfə doktoru Könül Bağırova ərsəyə gətiriblər.

Kitabda XIX əsrdə Qarabağda  məşhur olan “Məclisi-üns” ədəbi məclisinin yaradıcılarından olan istedadlı şair Mirzə Rəhim Fənanın şeirləri, məsnəviləri, qəzəl, qəsidə və rübailəri, o cümlədən məktub və müşahidələri ilk dəfə olaraq oxuculara təqdim olunur.

Yeni nəşrin redaktoru Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, rəyçisi isə elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK