Güney Azərbaycanın Şərqi Azərbaycan Əyaləti Sarab rayonunda yerləşən və 3 min illik tarixi olan dəyərli “Qırx Qızlar” kitabəsi məhv olmaq üzrədir.
Kitabə mixi qrafikası ilə Urartu dilində yazılıb. Tarixi isə Miladdan öncə 8-ci yüzilliyə aid edilir. . Həmçinin təxminən 5.4 metr uzunluğunda olan iri bir qayanın üstündə həkk olunaraq yazılıb və Qırx Qızlar kəndinin Qaradağ dərəsində yerləşir.
Kəndin Nəştövlü kitabəsi və çevrəsində qaldırılmış iri daşlar İranın Mədəni İrslər ٰvə Turizm Təşkilatı tərəfindən heç bir qoruyucu hasara alınmadığına görə tamamilə dağılmaq ərəfəsindədir.
Kitabə 106 x 75 santimetr ölçüdə olmaqla 12 sətirdən ibarət həkk olunub. Mətni isə Rosanın oğlu Argiştiyə aiddir və Girdo, Gito, Hanı və Tuvayşto yurdlarının ələ keçirilməsi barədədir.
Onun yaxınlığında qaldırılmış daşlar araşdırma mövzusudur. Həmçinin daşların şimal tərəfində Urartu şahının fəth etdiyi 21 qaladan biri yerləşir.
” kitabəsi məhv olmaq üzrədir.