Müəllimlərin Peşə Birliyinə üzv olan aktivist məhkəməyə çağırılıb

by Samir Asadli

Ərdəbil şəhəri Müəllimlərin Peşə Birliyinə üzv olan aktivist Qulamrza Əsğəri elektron bildirşlə məhkəməyə çağırılıb.

Bildirşdə onun dekabrın 20-si Ərdəbil rayonu “İnqilab” Məhkəməsinin İkinci Şöbəsində olması tələb olunub.

Ona qarşı “Respublikanın təhlükəsizliyini pozmaq məqsədi ilə İslam Respublikası sisteminə qarşı təbliğ, qanunsuz toplaşma, virtual məkanda yalan yayma, etirazçılara başçılıq” ittihamları irəli sürülüb.

Bildirək ki, cənab Qulamrza Əsğəri avqustun 29-u təhlükəsizlik məmurları tərəfindən öz şəxsi mənzilində saxlanılıb.

Bir müddət sonra təzminat kimi mülk sənədi girov qoyaraq ona qarşı açılmış iş üzrə tədqiqatın bitirilməsinə qədər Ərdəbil şəhəri Həbsxanasından sərbəst buraxılıb.

Güneyli aktivist bundan əvvəl də 2022-ci ilin sentyabrında başlamış hərəkatda təxminən 1 il həbsdə saxlanılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK