Tənzilə Rüstəmxanlı
ATEV başqanı
Ordu dövlətin əsasını təşkil edən başlıca elementlərdəndir. O yoxdusa, deməli dövlət yarımçıqdır, yaxud müstəqil deyil. Məhz bu səbəbdən Azərbaycan Xalq Cümhurriyyəti yarandığı gündən ordusu qurulub. Bu ordu Azərbaycan ərazilərinin erməni-bolşevik silahlılarından qoruyur və torpaqları işğaldan azad edirdi. Azərbaycan ordusu döyüşərək Vətən torpağını qanı, canı bahasına qoruyub. 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın Hərbi Nazirliyi rəsmən ləğv edilib, onun ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib. Bu gün həm də onların, müstəqilik, ərazi bütövlüyü uğrunda o vaxt şəhid olmuş zabitlərin, əsgərlərin, matrosların, mülki şəxslərin və dövlət xadimlərinin də yad edildiyi gündür. Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Bu siyasət prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi. Qalib komandan kimi İlham Əliyev daimi nəzarəti, diqqət və qayğısı ordumuzun inkişafında mühüm rol oynamışdır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksləri də yaradılıb.Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.
Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrildi. 2003-cü ildən etibarən ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiqliyini təsdiq edir. 2016-cı il Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun qürur mənbəyinə çevrildi. Məhz həmin qələbə Azərbaycan Ordusunun gücünü, əsgərlərimizin döyüş əzmini və ruh yüksəkliyini bütün dünyaya nümayiş etdirdi.
Həmin döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızın bir hissəsini azad edən Azərbaycan əsgəri Vətən qarşısında borcunu şərəflə yerinə yetirmək əzmində və gücündə olduğunu göstərdi. Aprel qələbəsində Azərbaycan Ordusunun uğurlu əməliyyatı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuzun hərbi qüdrətinin artırılmasına göstərdiyi yüksək diqqət və qayğı, Azərbaycan əsgərinin qəhrəmanlığı, həyata keçirilən islahatlar nəticəsində mümkün oldu. 2020-ci il sentyabrın 27-dən başlanan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri hansı gücə qadir olduğunu göstərdi. Qürurverici haldır ki, müharibədə əsgərlərimiz mərdliklə, böyük ruh yüksəkliyi ilə döyüşdü. Bu döyüşlər ordu ilə xalqın birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Düşmənlə yanaşı, bütün dünya gördü ki, xalqımız öz ordusuna inanır, ordumuz isə xalqa arxalanır. Şanlı Ordumuz 44 gün ərzində dümənlərimizətarixi dərs verərək tarix yazdı. Azərbaycanın qəhrəman əsgər və zabitləri öz canları və qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Azərbaycan əsgəri dünyaya bir qəhrəmanlıq nümunəsi göstərdi. Azərbaycan ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar gətirdi. Bütün dünya mediyası ordumuzun Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi yeniliklərdən, hərbi taktikalardan, strategiyalardan danışır. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar əməliyyatın hazırlanması və icra edilməsi baxımından bütün dünyanın hərbi mütəxəssisləri tərəfindən öyrənilir. Bu yeni nəsil müharibə üsulu idi.
Bildiyimiz kimi strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir. Düzgün strategiya, vahid komandanlıq, ordumuzun mənəvi-psixoloji əhval ruhiyyəsinin yüksək olması düşmən üzərində şanlı qələbə çalmağımıza və ərazi bütövlüyümüzü bərpa etməyimizə səbəb oldu.
Güclü Ordu,Güclü Millet,Güclü Devlet.
Azerbaycan Var Olsun.