Ərdəbildə Azərbaycan Milli Hərəkatının fəalları cümə günü Azərbaycan türk xalqına qarşı repressiya və qırğınların, o cümlədən, türkdilli kitabların yandırılmasının ildönümü ərəfəsində şəhərin müxtəlif yerlərində posterlər quraşdıraraq yad ediblər.
Qeyd edək ki, 79 il öncə Azərbaycan Milli Hökumətinin qurulması ilə türk dili dövlət idarələrində yenidən öz laiqli yerini almış, Azərbaycan xalqının ana dili olan bu dildə məktəblər açılmış, qəzetlər çap edilmişdir.
Ancaq Pəhləvi rejimi xarici havadarlarından aldıqları yardım hesabına Azərbaycan Milli Hökumətini tezliklə işğala məruz qoymuş və Azərbaycan xalqının qısa zamanda əldə etdiyi misli görünməmiş uğurlar itirilmişdir.
Şah rejiminin İranda Türklərə qarşı yürütdüyü yoxsayma siyasəti İslam Respublikası dönəmində də birə-bir davam etmiş, bu sahədə heç bir irəliləyiş olmamışdır.