Ərdəbil əyalətinin Nəmin şəhərində “Arta” Sənaye Kompleksinin işçiləri etiraz aksiyası keçiriblər.
Aksiya iyunun 18-də sənaye kompleksinin inzibati binasının qarşısında başlayıb.
Nəminli işçilər 3 aydır əmək haqlarının ödənilməməsi və problemin həlli ilə bağlı verilən vədlərin özünü doğrultmamasından narazılıqlarını bildiriblər.
Rəhbərliyin onları qəbul etmədiyinə görə, işçilər şəhər fərmandarlığının binası qarşısına qədər yürüş edib və orada toplaşıblar.
Bundan sonra fərmandar, polis rəisi, prokuror və başqa bir neçə hökumət məmurundan ibarət heyət işçiləri qəbul etməyə məcbur olub.
Görüş zamanı nəminli işçilərin əmək haqlarının növbəti 10 gün ərzində ödəiləcəyinə dayir söz verildikdən sonra etiraz aksiyası başa çatıb.
Qeyd edək ki, bundan əvvəl Nəmin prokuroru işçilərin 3 gün ərzində maaşlarının ödəniləcəyini desə də, bu özünü doğrultmamışdı.