Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus, 2023-cü il Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədiyə dünyasını dəyişən atasının yasında iştirak etmək üçün müvəqqəti məzuniyyət icazəsi verilməyib.
Bu barədə Məhəmmədinin ailəsi məlumat yayıb.
Məlumatda onun Kərim Məhəmmədinin dəfn mərasimində iştirakına təhlıükəsizlik orqanlarının mane olduğu bildirilib.
Bundan sonra Evin həbsxanasında saxlanılan 60 qadın məhbus bəyanat yayıb və Nərgiz Məhəmmədiyə qarşı olan ədalətsizliyə etiraz olaraq oturaq aksiya keçirdiklərini bəyan ediblər.
Onlar son 22 ay ərzində Nərgiz Məhəmmədinin atası ilə görüşünə icazə merilmədiyini yazıb, hakimiyyətin u vasitə ilə siyasi fəala psixi və mənəvi işgəncə verdiyini vurğulayıblar.
Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.