Britanıyanın nüfuzlu “Financial Times” qəzeti Nobel Sülh mükafatı laureatı və hazırda tehranın Evin həbsxanasında saxlanılan Nərgiz Məhəmmədini 2023-cü ilin 25 nüfuzlu qadınından biri elan edib.
Qəzet nüfuzlu qadınlarla bağlı yaydığı məlumatda Nərgiz Məhəmmədini sona çatmaqda olan cari ilin dəyişikliklərində özünə məxsus rolu olan güclü qadın kimi təqdim edib.
Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.