Nərgiz Məhəmmədinin Nobel mükafatı övladlarına təqdim edildi

by Samir Asadli

10 dekabr Beynəlxalq İnsan Haqları Günü münasibətilə Norveçin paytaxtı Osloda Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib.

Bu barədə Nobel Fondu məlumat yayıb.

Güney azərbaycanlı siyasi məhbus Nərgiz Məhəmmədinin “İranlı qadınların zülmə məruz qalmasına qarşı mübarizəsi və hamı üçün insan haqları və azadlığın təşviqi səylərinə görə” qazandığı 2023-cü il üzrə Nobel Sülh mükafatı 17 yaşlı əkiz övladlarına təqdim edilib.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. O, həbsxanada saxlanılan başqa 4 qadın məhbusla birlikdə qadın məhbuslara qarşı təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK