NASA orbitdən çəkilmiş Urmu gölü bölgəsindən görüntülər paylaşb

by Samir Asadli

Milli Aeronavtika və Kosmos Admnistrasiyasının (NASA) yanvarın 16-sı Urmu gölü bölgəsindən paylaşdığı şəkildə çevrəsi ilə müqayisədə qar yağıntısı miqdarının xeyli az olduğu müşahidə olunur.

Bir neçə gündür Güney Azərbaycan və Şimali Azərbaycan bölgələrində 1 metrdən çox qar yağıdığına baxmayaraq Qərbi Azərbaycanın Urmu gölü bölgəsində çox az qar müşahidə olunub.

Təbriz Universitetinin Hidrometeorologiya Kafedrasının üzvü  DR. Behruz Sari Sərraf ötən ilin dekabr ayında bu barədə Azərəncümən xəbər portalı ilə müsahibəsində mövqe bildirib.

O, sübut sənədləri və peyk görüntülərini təqdim edərək gölün atmosferasında isti halənin törəndiyini və bu səbəbdən bölgədə yağıntı gücünə malik buludların yer dəyişdiyini deyib.

“Halə Urmu gölünün quruması nəticəsində törənib. Gölün 5 min 200 kilometrlik sahəsi əvvələr su ilə dolu olub. Lakin 20 il öncədən quruma prosesi başlayıb.

Yaranan düz qatı gölün üzərində metan və istilik törətməklə ölkənin şimal-qərəbində bulduların törənmə yerinin dəyişməsinə səbəb olub”- deyə DR. Sərraf bildirib.

NASA-nın dünən nəşr etdiyi görüntüyə əsasən, DR. Sərrafın məlumatı daha da öz təsdiqini tapır.

İran rəsmiləri isə Güney Azərbaycan ictimaiyyətinin bu barədə düşüncəsini idarə etmək məqsədi ilə bu fakt üzrə hələ araşdırma aparılacağını iddia ediblər.

Həmçinin faktlara əsasən, gölün qurumasının İran hakimiyyətinə nəhəng gəlir gətirəcəyi səbəbindən onun dirçəldilməsinə faktiki heç bir tədbir görmür.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK