Nasir Haşimi : “Azərbaycan müstəqil kino sahəsi məhv edilib”

by Samir Asadli

Təbrizli aktyor Nasir Haşimi İranda Azərbaycan türkcəsində çəkilən filmlərə, o cümlədən “Qolçaq” filminə qarşı ögey münasibətin olduğunu deyib.

Aktyor, son günlər Təbrizdə nümayiş olunan və azərbaycanlıların geniş rəğbəti ilə qarşılaşan Əsgər Yusifinəjadın “Qolçaq” filmi ilə bağlı fikirlərini paylaşdığı zaman deyib.

“Türk dilində başqa bir filmin də festivalda iştirak etdiyini bəhanə edib “Qolçaq” filminin Fəcr Film Festivalında iştirakına icazə vermədilər.Nəyə görə? Bu necə olur ki, festivalda fars dilində çəkilən 20-25 film iştirak etdiyi halda türk dilində 2 filmin iştirak etməsinə icazə verilmir”,- Nasir Haşimi bunun türk dili və bu dildə olan əsərlərə qarşı ayrı-seçkilik münasibətinin təzahürü olduğunu deyib.

O, Azərbaycan kino sahəsinin məhv edildiyini və bu sənət sahəsinin yalnız kölgəsinin qaldığını söyləyib.

“Əgər məqsədiniz Azərbaycan müstəil kinosunu məhv etmək idisə sizi təbrik edirəm, bunu bacarıb, nail ola bildiniz. Artıq azərbaycanlı rejissor və prödüserlər Təbrizi, Azərbaycanı tərk edib, başqa yerlərə, Tehrana köçməyə məcbur olublar. Dünyanın heç bir yerində kinoları, sənət əsərlərini çəkildikləri, yaradıldıqları dilə görə qırağa qoymaq təcrübəsi yoxdur. Ancaq bunu burada elədilər. Özlərinin güclü sənət əsəri olduğunu etiraf etdikəri filmlərin festivallarda iştirakına icazə vermədilər”,- azərbaycanlı aktyor əlaqədar dövlət qurumlarının türk dilində filmlərin çəkilməsinəəngəl törətmələrinə ironiya ilə münasibət bildirib.

Qeyd edək ki, “Qolçaq” filminin rejissoru bundan öncə türk dilində çəkdiyi “Ev” filmi ilə Güney azərbaycanlıların rəğbətini qazanan tanınmış rejissor Əsgər Yusifinejad 13 sentyabr 2022-ci ildə dünyasını dəyişib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK