Naxçıvan Dövlət Milli Dram Teatrı – 140

by Samir Asadli

20 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə “QONAQ TEATR” layihəsi çərçivəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının “Edama məhkumun son günü” (Viktor Hüqo) psixoloji dramı Bakı tamaşaçılarına təqdim olundu.

Tamaşada edama məhkum edilmiş şəxsin son günündə keçirdiyi duyğular əks olunur, edamla yanaşı, yazılmamış iyrənc və rəzil qanunlar, bu cür qanunların fiziki ağrılardan daha çox mənəvi ağrılara səbəb olması ön plana çəkilir.

Naxçıvan Teatrının 140 illik yubileyi münasibətilə oynanılan tamaşa görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və teatrsevərlər tərəfindən böyük maraqla qarşılandı. Tamaşadan sonra Teatr Xadimləri İttifaqı Sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Naxçıvan Dövlət Milli Dram Teatrını yubiley münasibəti ilə təbrik etdi, teatrın keçdiyi şərəfli inkişaf yolundan danışdı. Sonra o, Naxçıvan Teatrını milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 140 illik yubileyi münasibəti ilə, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovu 65 illiyi münasibəti ilə, teatrın baş rejissoru Mir Qabil  Əkbərovu «Edama məhkumun son günü» (V.Hüqo) tamaşasının uğurlu quruluşuna görə İttifaqın Fəxri fərmanı ilə təltif etdi.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK