Neftçala rayonunda “Zəfər Günü” qeyd olunub.

by Samir Asadli

Sabir Rüstəmxanlı; “Bizim vətən anlayışımız indiki Azərbaycan Resublikası ərazisindən çox-çox genişdir, tarix əsrlərlə bizim əleyhimizə işləyib və millət olaraq param parça olmuşuq. Bu Zəfər Günü həm də iki əsrlik o parçalanma, işğal tarixinin sonudur”.

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən müharibəsindəki qələbəmizin üçüncü ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda “Zəfər Günü” böyük coşqu ilə qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət və qonaqlar iştirak edib.
Tədbirdən öncə “Zəfər Günü” ilə əlaqədar olaraq təşkil olunan sərgiyə tədbir iştirakçıları tərəfindən baxış keçirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı tədbirdə çıxış edərək bildiribh ki, Zəfər günü tariximizin qürur zirvəsidir: “Amma bu gün Qələbəmizin 3 illiyi xüsisi təntənə ilə qeyd edilir. Sentyabrın 19-da şanlı ordumuzun 24 saatdan da az bir vaxtda keçirdiyi antiterror tədbirləri nəticəsində ermənilərin alınmaz qala hesanb etdikləri və guya ən müasir silahlarla təhciz etdikləri Qarabağ ərazisi tam şəkildə azad edildi və düşmən bütün parametrlər üzrə məğlub oldu. Azərbaycan hərbi qüdrəti ilə yanaşı, həm də bir nəfər dinc sakinə belə zərər verməməklə dünyaya müharibə örnəyi göstərmiş oldu. Azərbaycanın gücü qarşısında qondarma xunta rejimi özünü buraxdı, erməni sakinlər isə könüllü şəkildə bölgəni tərk etdilər. İndi arada səsləndirilir ki, həmin ermənilər qayıtmaq istəyir. Qoy qayıtsınlar, gəlib 30 il ərzində xaraba qoyduqları şəhər və kəndlərimizin bərpasında fəhlə kimi işləsinlər.Amma gəlməzlər. Çünki onlarn çoxu heç Azərbaycan vətəndaşı deyildilər. Rusiyadan, Suriyadan və başqa ölkələrdən gətirilib qarabağa yerləşdirilən ermənilər idi. Kim bizim vətəndaşımız olub və qanunlarımıza tabe olacaqlar gələ bilərlər. Amma Xaçaturyan, Vardanyan, Aratunyan və digərlərinin də taleyindən dərs götürsünlər ki, kim xalqımıza qarşı cinayətdə iştirakçı olubsa mütləq cəzasını alacaq. Buna görə onların qayıtmağa nə cəzarəti nə haqqı çatmaz. İndi Azərbaycanın öz haqqını bərpa etmək zamanıdır. “Qərbi Azərbaycana qayıdış” proqramı var və beynəlxalq hüquqla biz bu praqramı həyata keçirəcəyik. Biz demirik ki, o əraziləri işğal edəcəyik, yox. O bölgə bizim dədə-baba yurdlarımızdır və zaman-zaman burdan qovulan soydaşlarımız öz vətənlərinə qayıtmalıdır. Bu bölgədə heç vaxt erməni dövləti olmayıb. İndi Ermənistan adlanan ölkə bizim tarixi torpaqlarımızdır. Bizim vətən anlayışımız indiki Azərbaycan Resublikası ərazisindən çox-çox genişdir və buna görə bu gün Zəfər bayramını Borçalıda, Dərbənddə, Təbrizdə, Kərkükdə qeyd edirlər. Tarix əsrlərlə bizim əleyhimizə işləyib və millət olaraq param parça olmuşuq. Bu Zəfər Günü həm də iki əsrlik o parçalanma, işğal tarixinin sonudur. Bu savaş xalqımızın öz tarixi haqqını bərpa savaşı idi və hər zaman olduğu kimi yenə də savaşın ağrısını yazıçılar, şairlər çəkir. Çünki onlar millətin ruhudur. Mən bu 35 ildə baş verənləri həm yazmışam, həm tə bu tarixin iştirakçısı olmuşam.Meydan hərəkatından Müstəqillik Aktının qəbul olunmasına qədər və sonra bugünümüzədər Azərbaycan adına hər bir savaşın önündə olmuşam. İstəyirəm siz də mənim seçicim olaraq hər zaman sözümü dediyimi biləsiniz. Biz bu böyük qələbəmizi, Zəfər bayramımızın dəyərini qoruyub saxlamaq, bunun daimi millətin sevinc mənbəyi olmağını istəyiriksə hər bir vətəndaşımızın, xüsusən şəhid ailələrinin və qazilərimizin dərdlərinə dərman olmalıyıq. Bütün sosial və digər çətinliklər öz yerində amma biz bu günkü bayramımızı uca tutmalıyıq. Bu gün biz öz gücümüzlə dünyada söz sahibiyik və sözümüz qəbul olunur.Kim nə danışır, nə bəyanat verir artıq bir anlamı yoxdur. Azərbaycan haqq yolundadır və bizi bu yoldan kimsə döndərə bilməz!”
Şəhid İmanzadə Ayazın bacısı Rəna İmanzadə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Cənub regional şöbəsinin rəisi polkovnik-leytenant Zaur Salmanov, Vətən müharibəsi iştirakçısı, müəllim Vüqar Qələşov və “Gündoğar” qəzetinin redaktoru Bədirə Niftalıyeva çıxış edərək sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun Vətən müharibəsindəki qələbəsindən, Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından danışıblar.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirdi ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunub. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən müharibəsində, 19-20 sentyabr tarixlərində 23 saat davam edən lokal antiterror tədbirləri zamanı mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq – iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində “Dəmir Yumruq” altında birləşərək qazanıldığından danışan Rayon İcra Hakimiyyətinin başçısı “Zəfər Günü” bayramı münasibətilə bütün neftçalalıları və qonaqları təbrik edib.
Tədbirin sonunda Vətən müharibəsi iştirakçıları ilə xatirə fotosu çəkilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK