Azərbaycan diplomatiyasının növbəti zəfəri- Qazax rayonunun işğal altında olan kəndləri öz sahibinə qaytarılır.
Gözün Aydın Vətən!
Gözün aydın Azərbaycan!
Gözün aydın Qazax!
Gözünüz aydın qazaxlılar!
Qazaxın 4 kəndi öz sahibinə qaytarılır. Özü də bir güllə atmadan, qan töküləmədən. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası eləcə də , iki dövlət arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə bu barədə razılıq əldə olunub.
Təfərrüatlara gəlincə, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanis Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib ediləcək .
Əslində qeyri-anklav kəndlərin qaytarılması məsələsi 2020-ci ildən qaldırılıb. Bu müddət ərzində mövzu daim gündəlikdə saxlanılıb və ardıcıl iş aparılıb. Əldə olunan razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Prosesin məhz bu istiqamətdən başlaması isə Azərbaycanın israrlı təkidinin nəticəsidir.
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Əldə edilən bu razılıq həm də Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşmasına və Ermənistan ərazisindəki hərbi obyektlərin məhv ediləcəyinə dair Fransa və digər Qərb dövlətlərinin uydurduğu propaqandanı ifşa etdi.
Beləliklə, Rəsmi Bakı ABŞ və Aİ-nin bu məsələlərə müdaxiləsinə imkan vermədi. Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etdilər. Bu isə bir daha onu göstərir ki, bəzi Qərb dövlətləri və neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq.
İnşallah tezliklə , Qazaxın daha 3 kəndinin və Naxçıvanın Kərki kəndinində azad olunması zəfərini sizlərlə bölüşmək diləyi ilə…..
Surxay Məhəmmədoğlu