Azərbaycanlı milli xarakterinin əsas cizgiləri nədən ibarətdir? Xalq olaraq, kənardan necə görünürük? Xarakterimizin sirləri, müsbət və mənfi cəhətləri hansılardır?
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı müəllifi olduğu verilişdə bu dəfə milli xarakterimiz haqqında danışıb.
Millət vəkili bildirib ki, zahirən dəyişib avropalaşsaq da, düşüncə baxımından hələ də müasirləşməyə ehtiyacımız var:
“Bu gün hamı Avropa libasında, qalstukla gəzir. Amma görürəm ki, qalstuk taxıb,Cəlil Məmmədquluzadənin Novruzəlisindən, Qurbanəli bəydən fərqlənməyən adamlar var. Geyim dəyişib, amma xarakter dəyişməyib”.
S.Rüstəmxanlı Azərbaycan türkünün milli xarakterinin onu hər zaman düşündürdüyünü bildirib:
“Milli xarakterimiz məni hər zaman maraqlandırıb. Məsələn, “Molla Nəsrəddin” və digər satirik jurnallarına baxanda millətimizin motal papaq geyim-keçimini görəndə əsəbiləşirdim. Biz doğrudanmı beləyik, yoxsa belə göstərilir?”
S.Rüstəmxanlının milli xarakterimizlə bağlı olduqca maraqlı fikirləri ilə aşağıdakı videoda tanış ola bilərsiniz: