Oğurlanmış əntiqlərin sərgisi

by Samir Asadli

Britaniya Muzeyindən oğurlanmış qiymətli əşyalar ilk dəfə olaraq burada təşkil olunmuş “Kəşf edilən daşlar sərgisi”ndə nümayiş etdirilir. 

Kiçik əşyalar arasında e.ə. əvvəl I əsrə aid olan eksponatlar – Romanın şərab tanrısı Baxın əks olunduğu yaşıl, ağ və mavi zolaqlı şüşədən ibarət qədim zinət, yunan tanrısı Zevsi qartal şəklində təsvir edən sarı rəngdə qiymətli qab, qara şüşədən düzəldilmiş, Romanın müdriklik ilahəsi Minervanın da büstü yer alır.

2021-ci ildə oğurluq barədə ilk dəfə muzeyi xə­bərdar edən qiymətli daş-qaş satıcısı İttai Gradel olub. O, tapılan əşyalar haqqında muzeyə məruzə edərək bildirib ki, bunlar qədim romalıların zərif zövqü, qeyri-adi incəsənət bacarıqlarının olduğunu bir daha sübut edir.

Qeyd edək ki, muzey ötən ilin avqust ayında anbardan 2000-ə yaxın dəyərli əşyaların itdiyini bil­dirmişdi. Bu qiymətli daşların və əşyaların itməsinə səbəb onların muzeydə bir əsrdən artıq müddət ərzində qeydiyyatdan keçməməsidir. Oğurlanmış əşyalardan 350 ədədi bərpa edilib.

“Kəşf edilən daşlar sərgisi” 15 fevraldan başla­yaraq iyunun 2-nə qədər davam edəcək.

S.FİDAN

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK