Ötən il etiraz aksiyalarında öldürülən qəzvinli gənc Cavad Heydərinin qardaşı Ruhullah Heydəri həbs edilib.
Təhlükəsizlik məmurlarının həbs etdiyi Ruhullahın hara aparıldığı barədə məlumat verilmir.
Qeyd edək ki, sentyabrın 22-i Cavad Heydərinin öldürülməsinin ildönümüdür.
F.Heydəri bundan əvvəl ailəsinin evinin təhlükəsizlik məmurları tərəfindən mühasirə edildiyini və evlərinə gözyaşardıcı qaz atıldığını bildirib.