Öldürülən türkmən xanımın 40 mərasiminə hücum edilib

by Samir Asadli

Yanvarın 20-də türkmənlərin kompakt yaşadığı Gülüstan əyalətinin Qorqan şəhərində hökumət məmurları tərəfindən öldürülən gənc həkim Ayda Rüstəminin 40 mərasiminə basıqn edilib.

Təhlükəsizlik və polis qüvvələri Ayda Rüstəminin qardaşı da daxil olmaqla yasda iştirak edən çox sayda türkməni həbs ediblər.

Yerli türkmən fəalların verdiyi məlumata görə, mərasimə toplaşanlar iki avtobusa doldurularaq naməlum yerə aparılıb və onlar barədə məlumat əldə etmək mümkün olmur.

Qeyd edək ki, Ayda Rüstəmi dekabrın 12-də işdən çıxdıqdan sonra yoxa çıxıb.

Polis onun meyitini iki gün sonra ailəsinə təhvil verərək avtomobil qəzasında öldüyünü, daha sonra isə özünü körpüdən ataraq intihar etdiyini iddia edib.

Ayda Rüstəmiyə məxsus çanta, şəxsi əşyalar və mobil telefonunun ailəsinə verilmədiyi, ailənin məsələni ictimailəşdirməməsi ilə bağlı təhdid edildiyi bildirilir.

İnsan haqları müdafiəçiləri şahidlərin dediklərinə əsasən dekabrın 17-də dəfn edilən türkmən xanımın işdən çıxdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən oğurlandığını və döyülərək öldürüldüyünü deyirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK