Olla ölümə salam de

by Samir Asadli

İctimai xadim, yazıçı-publisist Əli Hacı şeirlərində sufilik, bu təriqətin zahiri ele­mentləri, onun halları, ayrı-ayrı termin və istilahları ilə deyil, mə­nəvi – ruhani aləmin bütöv poetik inikası; Şeyx Mahmud Şəbüstərinin, Şihabəddin Sührəverdinin, Fəzlullah Nəiminin, İmadəddin Nəsiminin, Yunis İmrənin, böyük Füzilinin və ən nəhayət, Xətainin mənəvi dünyasından qopan işıq kimi təzahür edir. Sufiliyin bədii ifadə forması kimi şairlərimiz zaman-zaman klassik ədəbi janrlardan, aşıqlarımız isə şifahi şeirin formalarından istifadə etmişlər, Əli Hacı bu dairəni bir qədər də genişləndirmiş, onun yaradıcılığında ilk dəfə olaraq bu duyğularin sərbəst şeir parçaları ilə ifadəsinə rast gəlirik.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK