Pəhləvilər sülaləsinin assimilyasiya siyasətləri üzrə sənədlər seriyasından

by Samir Asadli

Pəhləvilərin Məmaliki-Məhrusəyi-Azərbaycana (hazırkı İran) hokmranlıqlarının başlaması ilə Güney Azərbaycanda coğrafi və şəhər adlarının farslaşdırılmasına başlanılıb.

Bu barədə və digər iqtisadi və hətta hərbi zəyiflətmə sahəsində xeyli tarixi sübut sənədləri mövcuddur.

İran adlanan coğrafiyada Güney Azərbaycanın ölkəyə çevrilə bilməsinə bütün atributlara malik olduğu səbəbindən fars xalqının mənafeyini üstün tutub təmin edən Pəhləvilər onlar üçün bu təhlükıdən qurtarmaq məqsədi ilə Azərbaycanda həmin siyasətləri tətbiq etməyə başladı.

Xatırladaq ki, Güney Azərbaycan hazırkı Şəriq Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəngan, Həmədan, Ərak, Qəzvin əyalətləri və bir sıra digər bölgələrdən ibarətdir.

Zəyflətmə siyasəti iqtisadiyyat, mədəniyyət, coğrafiya, inzibati ərazi bölgüləri və sair sahələrdə, o cümlədən şəhərlərin türkcə adlarının farscaya dəyişdirlməsi üzrə davam etdirildi.

Bunlara misal olaraq keçmiş Şahlıq rejiminin “Maarif, Oqaf və Mütəfərriqə Sənaye” Nazirliyi Uyğunlaşdırma İdarəsinə (farsca İntibaqat İdarəsi)  09.1.1937-ci il tarixli təlimatını göndərməklə Tikan Təpə bölgəsi və Tatau çayı adlarının farscaya dəyişdirildiyini bildirib.

“Maarif və Oqaf” idarələrinə ünvanlanmış sənədin mətində deyilir: “İranın Mədənniyyət Akademiyası 88-ci ümumi iclasında Tikan Təpə və Tatau adlarının aşağıda qeyd olunduğu kimi dəyişdirilməsini qərara alıb:
1- Tikan Təpə   …………. Təkab
2- Tatau …………………. Siminrud
Bu adlara qadağa qoyaraq məktublaşmalarda yeni terminlərdən istifadə olunmasını bildirin. Marrif və “Oqaf” naziri tərəfindən.”

Sənəddə həmçinin farsca qərara alınmış adların qısaca anlamları da qeyd olunub.

Bu sənəd, yüzlərə digər tarixi sənədlərlə birgə, Pəhləvilərin Azərbaycan xalqının coğrafiyasına, dilinə və sair atributlarına düşmənçilik mövqeyindən çıxış etdiklərinə sübutdur.

Azərbaycanın əleyhinə ənənəvi mövqe olaraq İranın hazırkı İslam Respublikası rejimi həmin siyasətləri daha güclü davam etdirir.

Harızkı rejimin bu siyasətlərindən kiçik, lakin daha dağıdıcı olan bir nümunə kimi Güney Azərbaycanın Ərdəbil Əyalətinin inzibati ərazilərində olmuş Astara rayonunu (otay Astara) ayımaqla Gilan Əyalətinin inzibati əraziləri tərkibinə daxil edilməsini qeyd etmək oalr.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK