Pəmbək mahalı

by Samir Asadli
Bütöv Azərbaycanm əzəli torpaqları olan Qərbi Azərbaycanın ən başıbəlalı bölgələrindən biri də Pəmbək mahalıdır.
İndiki Qərbi Azərbaycan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü də məhz bu ərazi ilə bağlıdır.Belə ki, bu tarix 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşəddil və Pəmbək mahalının rusların əlinə keçməsi anından başlanır. 1801-ci il iyulun 13-də general-mayor Lazerev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5-6 min nəfər türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışdır. Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına sığınmışlar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdir. Bölgəyə ermənilərin köçürülməsi də, təəssüf ki, həmin illərə təsadüf edir.
Belə ki, 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən 2 min erməni qaçaraq rusların himayəsinə keçmiş və onlar Pəmbək bölgəsində məskunlaşdırılmışlar,bölgənin sovetləşməsindən sonra isə Moskvanın Azərbaycan xalqına düşmən münasibətinin növbəti təzahürü olaraq qədim Azərbaycan torpaqlarında yaradılmış Ermənistan SSR-ə hədiyyə edilmişdir.
Pəmbək mahalı mahalı qədər qədim tarixə malik bölgələrimizdəndir. Strabonun dediyi Qoqarena əyalətinə Loru mahalı ilə bərabər Pəmbək mahalı da daxil idi. Pəmbək etnotoponiminin “uca bəylər” (“ pan bək” şəklində) anlamına gələn etimoloji izahı bizə Dədə Qorqud boylarındakı Oğuz babalarımızı xatırladır.
Qazaxdan Böyük Qarakilsəyə, Gümrüyə gedən yol Dilican dərəsi ilə qalxaraq Ağstafa çayının sahili boyunca uzanır, Dilican şəhərindən sonra isə ayrılaraq dərə boyu burulur. Bu dərə Pəmbək dərəsi adlanır. Pəmbək dərəsi boyunca yerləşən ərazilər Pəmbək mahalı adlanır. Bu mahal sovet dövründə iki rayon arasında bölüşdürülmüşdür:
Böyük Qarakilsə (sonralar Kirovakan və Quqark) və Hamamlı (sonralar Spitak) rayonları.
İstər dağlardan şütüyərək üzü Kürə doğru tələsən Təvətey (Debed) çayının (qədim adı: Tona çayı) vadisi boyu uzanıb gedən yamyaşıl, bağ-bağatlı vadidə salınmış Loru kəndləri, istər əzəmətli Ləlvər, Babakər, Bozabdal, Pəmbək dağları, füsunkar Pəmbək dərəsi, bərəkətli Cadırğan düzü, zümrüd Muşul meşələri, səfalı Soyuqbulaq yaylağı və s. və i. a. ilə bu yerlər babalarımızın ən səfalı yurdlarından olmuşdur. Bundan əlavə, bu yerlər öz gözəlliyi ilə düşmənlərin gözünə də ox kimi batmışdır.
Belə ki, vaxtilə erməni astronomu, qatı daşnak, akademik Viktor Hambarsumyan Ləmbəlinin üstündəki Heyvalı aşırımında dayanaraq heyrətlə bu yerləri seyr etmiş, buranı Ermənistanın Kaliforniyası adlandırmış və dərindən köks ötürərək “ ancaq heyf ki, bu torpaqlarda türklər yaşayırlar ” demişdi.
Təəssüf ki, “insanlığm düşməni” olan erməni-haylar öz murdar istəklərinə axır ki, nail oldular və 1988-ci ildə xarici havadarlarının köməyi ilə bu tarixi türk torpaqlarından soydayşlarımızı görünməmiş vəhşiliklə qovub çıxardılar və həmin yerlərə vaxtilə xarici ölkələrdən köçürülüb gətirilmiş ermənilər yerləşdirildilər. Pəmbək mahalının ərazisi tarixi Azərbaycan-türk torpaqları olduğu kimi, ən qədim zamanlardan üzü bəri burada Azərbaycan türklərinin etnogenezində iştirak edən müxtəlif azər-türk boyları yaşamış, burada özlərinin mədəniyyətini, ədəbiyyatnı, incəsənətini, folklorunu formalaşdırmış, yaşadaraq nəsillərdən-nəsillərə ötürmüşlər.
Bu mahalın sakinlərinin hər bir ağsaqqalın, ağbirçəyin sinəsində neçə-neçə nağıl, əfsanə, dastan, nəğmə, bayatı, atalar sözü və məsəl, tapmaca və lətifə yurd salmışdır. Bunu bölgədəki hər bir kəndin timsalında görmək mümkündür. Pəmbək mahalının adamları, Qərbi Azərbaycanın başqa bölgələri kimi, söz qədri bilən, sözü yerində deyən, sözdən söz çıxaran, sözlə insanı ayıldan, tərbiyə etməyi bacaran insanlar olublar. Bəzən isə onlar həm sözdən qorxublar, həm də sözlə qorxudublar, hərdən sözə sığınıblar, sözə tapıblar, sözə inanıblar, « Sözümün qavağınnan söz demə », « Sözü cılızdaşdırma », « Sözü çeynəmə », « Sözüm sözdü », « Ağzınnan xeyirri söz çıxsın », « Nə qədər ki, söz mənim içimdədi, mən onun ağasıyam. Ağzımdan çıxdı, oldum onun qulu », « Sözümün yiyəsiyəm »… deyə sözə də canlı varlıq, Tanrı qisməti, ilahi bir pay kimi baxıblar. Öz deyimləri ilə, sözün əsl mənasında, sözdən qala qurublar. Elə ona görə də sözü dədə-baba əmanəti – torpaq kimi, övlad kim, ana, bala kimi sevə-sevə qoruyublar. Çox vaxt öz ləhcəsində danışmayan adamı lağa qoyublar, ona lateri deyiblər: « Bağa çanağənnan çıxıf, çanağını bəyənmer », « Kənddən çıxannan tatdaşıf », « Filankəs dilini dəyişif »..
Hər bölgənin folkloru kimi, bu bölgənin də folkloru orada yaşayan insanların etnik özünəmxsusluğunun, həyat və məişət tərzinin göstəricisi kimi meydana çıxıb. Qərbi Azərbaycanın başqa bölgələri kimi, Pəmbək mahalı da son iki yüz ildə Rusiyanın Qafqazı işğal siyasəti ilə bağlı erməni-hay kimi yaramaz bir etnik toplumun xalqımıza qarşı düşmənçilik hərəkətlərinin hədəfinə çevrilmiş, özünün mövcudluğu, dədə-baba torpaqlarının düşməndən qorunması uğrunda qanlı savaşlar aparmaq məcburiyyətində qalmışdır.
Bu yolda saysız qurbanlar verildiyi kimi, bölgənin folklor qatında da bu tale öz əksini tapmışdır. Bu baxımdan, “Erməni və şeytan” rəvayəti xüsusilə ibrətamizdir. Erməni əxlaqı, erməni xarakteri, erməni etibarsızlığı, yaramazlığı və s. ilə bağlı çoxlu deyim, məsəl, atalar sözü, rəvayət, əhvalat və s. də bura əlavə etmək olar.
Pəmbək mahalının camaatı bütün məhrumiyyət və çətinliklərə baxmayaraq, öz nikbinliyini, həyatsevərliyini həmişə saxlamış, ən çətin məqamlarda da zarafat etməyi bacarmışlar. Bunu biz, ilk növbədə bu bölgənin folklor örnəklərində lətifə və məzəli əhvalatların çoxluğunda görürük. Atalar sözü, məsəl və deyimlərin çoxluğu isə bu camaatın müdrikliyinin, rəvayət və nağıllar isə mifik və tarixi yaddaşının qədimliyinin göstəricisi kimi təzahür edir.
Surxay Məhəmmədoğlu
09.03.2024

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK