Parsabadda gənclər həbs edildi

by Samir Asadli

İranda ictimai fəallara təzyiqlərin davamında Ərdəbil əyalətinin Parsabad şəhərində təhlükəsizlik və polis məmurları 17 gənci həbs ediblər.

Bu barədə mediaya açıqlama verən Parsabad şəhərinin prokuroru Firuz Fərhani gəncləri xuliqanlıqda günahlandırıb.

O. həmin saxlanılan gənclərin ictimai asayişi pozduqlarını, ictimai yerlərdə ispirtli içki içdiklərini iddia edib.

Yerli sosial media fəalalrı və hadisə şahidləri həbslərin yaxın günlərdə keçirilməsi ehtimal olunan ümumi etiraz nümayişləri ilə bağlı olduğunu yazıblar.

Onlar hakimiyyətin nümayişlərdə fəallıq göstərə biləcək şəxslərə qarşı genişmiqyaslı əməliyyatlara başladığını bildiriblər.

Qeyd edək ki, iki gün əvvəl Təbriz şəhərində də 6 milli-mədəni fəal təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Bununla yanaşı, təhlükəsizlik, SEPAH və polis əməkdaşları İranın bir neçə bölgəsində əməliyyatlar keçirərək yüzlərlə insanı həbs ediblər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK