PKK tərəfdarları Fransada Türkiyə konsulluğuna “Molotov kokteyli” atıb

by Samir Asadli

4460592A-1EC7-4E05-9C5E-EA190E6805D6Naməlum şəxslər Fransanın Marsel şəhərindəki Türkiyənin Baş Konsulluğuna hücum edib və “Molotov kokteyli” atıblar. Hadisə yanvarın 5-dən 6-na keçən gecə baş verib.

Bu barədə “Report”BFM TV”yə istinadən xəbər verir.

Şəhərin 8-ci məhəlləsində dörd nəfər konsulluğa “Molotov kokteyli” atdıqdan sonra hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan ikisini saxlamağa müvəffəq olub: biri hadisə yerində, ikincisi isə Kastellan meydanında.

Daha iki nəfər polisdən qaça bilib, hazırda onları axtarışdadır.

Saxlanılanların PKK terror təşkilatının tərəfdarları olduğu məlum olub. Onlar nəzarətə götürülüb, cinayət işi açılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK