Qərbi Azərbaycan əyalətində onlarla kəndin yolu bağlandı

by Samir Asadli

Güclü qar yağması səbəbindn Qərbi Azərbaycan əyalətinin Tikantəpə və Sayınqala şəhərləri arasındakı yol bağlanıb.

Bu barədə əyalətin Avtomobil Yolları və Nəqliyyatı Baş direktoru İrəc Dəstnişan məlumat verib.

O, bununla yanaşı adı çəkilən bölgələrdə ən azı 80 kəndin yolunun bağlandığını və ətraf aləmdən təcrid olunduqlarını bildirib.

Yolların bağlanması və tempraturun aşağı düşməsinə görə, əyalətin Çaldıran, Qotur, Səfaiyyə, Xoy, Üşnü və Tikantəpə mahallarının yüzlərlə qəsəbə və kəndində məktəblər tətil edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK