Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərinin Bəhlulabad kəndinin əkinçiləri bir araya gələrək etiraz aksiyası keçiriblər.
Əkinçilər yerli əhalinin öz torpaqlarından köçürülməsi üçün hökumətə bağlı qurumların təzyiq göstərdiklərini deyiblər.
Kəndlilərin dediyinə görə, 4 ildir minlərlə hektar əkin yerlərinin su payı kəsilib və bu, onların müflis olmasına səbəb olub.
Narazılar “Əkinə 4 illik qadağa = tədricən ölmüm və kəndin boşaldılması deməkdir” plakatları qaldırıblar.