Qərbi Azərbaycanda tarixi qala məhv edilir

by Samir Asadli

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin yaxınlığında tarixi “Dəm-Dəm” qalasında qanunsuz qazıntı işləri aparılan zaman dinamitlərdən istifadə edilib.

Bu barədə əyalətin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Bildirilib ki, qazıntı işləri 7 nəfərdən ibarət tarixi əsər qaçaqmalçısı tərəfindən həyata keçirilib.

Partlayıcı maddələrdən istifadə nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib.

Məlumata görə, qaçaqmalçılar saxlanılıb, barələrində cinayət işi açılıb.

Eradan əvvəl 1-ci minilliyə aid olan “Dəm-Dəm” qalası Səfəvilər dövründə Əmirxan Bradot tərəfindən yenidən qurularaq istifadə edilib.

Hazırda baxımsız və qorunmasız qaldığı üçün tarixi abidənin çox hissəsi dağılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK