Güney Azərbaycanın Qəzvin şəhərində etiraz aksiyası keçiriib.
Bu barədə etirazçılar sosial media şəbəkəsində paylaşım ediblər.
“Təravət novin xodro” avtomobil şirkəti tərəfindən pulları mənimsənilən Qəzvinlilər şəhər məhkəməsi qarşısına toplaşıblar.
Onlar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına baxmayaraq, illərdir avtomobillərini təhvil vermədiyinə etiraz ediblər.
Qeyd edək ki, son bir neçə il ərzində onlar dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri verilir, nə də pulları qaytarılır.