Qəzvində etiraz aksiyası keçirilib

by Samir Asadli

Qəzvinlilər SEPAH-ın himayəsində olan “Təravət novin” avtomobil şirkətinin onların ödənişləri qarşılığında uzun illərdir avtomobilləri təhvil verməməsi səbəbindən etiraz aksiyası keçiriblər.

Bu barədə “İlna” saytı məlumat yayıb.

Qəzvin əyalətinin valiliyi binasının qarşısına toplaşan narazı azərbaycanlılar hakimiyyəti minlərlə vətəndaşın pulunu mənimsəyən şirkəti dəstəkləməkdə günahlandırıblar.

Qeyd edək ki, adı çəkilən avtomobil şirkəti 38 min qəzvinlinin pulunu alsa da, illərdir onların avtomobillərini təhvil verməkdən imtina edir.

Bundan əvvəl bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri,  nə də pulları qaytarılır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK