Qəzvində fəallar həbs edilib

by Samir Asadli

Qəzvin əyalətinin Buin Zəhra şəhərində 6 ictimai fəal təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Bu barədə Qəzvin əyaləti məhkəməsinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

İctimai fəallara “hakimiyyətə qarşı təbliğat”, “əks-inqilabçı qüvvələrlə əlaqə”, “ölkənin təhlükəsizliyinə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq” və b. ittihamlar irəli sürülüb.

Onların kimliyi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, sentyabrın 16-dan keçən müddət ərzində İranın müxtəlif bölgələrində 300-dən çox ictimai fəal həbs edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK