Qəzvində onlarla qadına cinayət işi açıldı

by Samir Asadli

Qəzvin şəhərində məcburi hicab qaydalarını pozduqları üçün 173 qadına qarşı cinayət işi açılıb.

Bu barədə Qəzvinin Ümumi və İnqilab Prokurorluğu məlumat yayıb.

Məlumatda məcburi hicab qaydalarına riayət etməyən qadınların aşkarlanmasında Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşlarının xüsusi rol oynadıı bildirilib.

Qeyd edək ki, iyulun 16-dan etibarən İranın bütün şəhərlərində məcburi hicab qaydalarını pozanlara qarşı yeni mübarizə mərhələsi başlayıb və bununla bağlı xüsusi patrollar xidmətə buraxılıb.

İranın cinayət məcəlləsinə əsasən ictimai məkanlarda hicabsız şəkildə gəzən qadınlara 2 ay 10 gün müddətinə həbs və yaxud cərimə olunacaqlar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK