Qəzvində quraqlıq minlərlə hektar bağı məhv etdi

by Samir Asadli

Qəzvin əyalətinin Takistan mahalında 6 min hektar bağ sahəsi quraqlıq və su çatışmazlığı nəticəsində məhv olub.

Bu barədə Takistanın İran parlametindəki nümayəndəsi Rəcəb Rəhmani məlumat verib.

“Bölgə əhalisinin 25 faizinin məşğulluğu bağçılıqdır. Susuzluq səbəbindən bağların məhv olması vətəndaşların məişət və məşğulluq problemlərinin daha da dərinləşməsinə səbəb olacaq”, – axar.az-ın məlumatına görə, Rəcəb Rəhmani belə deyib.

Millət vəkilinin sözlərinə görə, İranın üzüm bağlarının əksəriyyətinin yerləşdiyi Qəzvin əyaləti, xüsusilə Takistan bölgəsinin kənd təsərrüfatı sahəsində susuzluq probleminin həlli üçün su kəmərinin çəkilməsi təklifinə əhəmiyyət verilməyib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK