Qəzvində Urmu gölünün qurudulmasına etiraz edildi

by Samir Asadli

Güney azərbaycanlı fəallar Qəzvin şəhərinin mərkəzi küçələrinin birində hökumətin azərbaycanlılara qarşı siyasətini pisləyən plakat asıblar.

Bu barədə məlumat və videolar oaylaşan qəzvinli fəallar mərkəzi hökumətin məqsədli və planlaşdırılmış şəkildə azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yürütdüyü yazılıb.

“Məzlum xalqların mədənlərinn və təbii sərvətlərinin talanmasına yox!
İqlimi dəyişdirmək və yandırılmış torpaq strategiyasını həyata keçirməklə İranda insanları köçə məcbur etmək panfarsizm və İranşəhri ideologiyasının əsas hədəflərindəndir. Urmu gölünün qurudulması bu strategiyanın reallaşdırılması yönündə atılan addımdır. İran coğrafiyasında hakim olan bu panfarsizm sisteminin əməllərini qətiyyətlə pisləyirik. Azərbaycanın istismar edilməsinə son verəcəyik”,- plakatda qeyd edilib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK