Qəzvində yenidən etiraz aksiyası keçirilib

by Samir Asadli

Fevralın 16-da “Reyhan tak” avtomobil şirkəti tərəfindən pulları mənimsənilən qəzvinlilər əyalət valiliyi qarşısında aksiya keçiriblər.

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Onlar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda qəzvinlinin pulunu alsa da, illərdir avtomobillərini təhvil vermədiyinə etiraz ediblər.

Qeyd edək ki, son 1 il ərzində bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri, nə də pulları qaytarılır.

İki həftə əvvəl əyalətin Takistan şəhərində keçirilən aksiyada bir etirazçı gülllələnərək öldürülüb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK